Yay tətilimin son akkordları İsmayıllıda :)
Posted by refalemuxtarli on Sentyabr 15, 2011
Bu günüm o qədər uğurlu, o qədər maraqlı keçdi ki, həmin hissləri sözlərlə ifadə etmək, həmin anları qələmə almaq çox çətindir.Bir günlük açıq hava altında keçirilən seminar bu yay tətilimin son akkordları oldu…
Uğurla davam edən WeBloq lahiyyəsinin koordinatoru lahiyyə iştirakçılarına daha bir seminar keçerilməsinə nail oldu. O qədər uğurlu lahiyyə idi ki, hətta Sumqayıtdan gəlməyə dəyərdi…
Bu hün həm də əzizimiz, hörmət etdiimiz İmam Quliyevin ad günü idi
Yola İmamı ad gününü təbrik etməklə başladıq.Yol boyu gözəl əhval-ruhiyyə, yüksək səsdə mahnılar, hər kəsdə enerji və gümrahlıq yolumuzu daha maraqlı keçməsinə səbəb oldu.İlk dayanacaq Şamaxıda oldu.İki il bundan qabaq burda gördüyüm ayını nədənsə tapa bilmədim .
((
Daha sonra İsmayıllıya daxil olduq.İsmayıllıyının gözəlliyi, füsunkarlığı, başı qarlı dağları, təmiz havası…Yalnız gəlib görmək, duymaq bəs edər…!
İsmayıllının mərkəzində Heydər Əliyev adına mərkəzdə olduq.Mərkəzdə ulu öndərin həyat yaradıcılığıyla bağlı “Kətan parça üzərində çəkilmiş şəkillərlə tanış olduq.Burada rayon gəncləri üçün yaradılmış şərait istənilən gəncin vaxtını səmərəli keçirilməsinə sübut idi-Gənclər üçün yaradılmış Şahmat rəssamlıq heykəltaraşlıq əl işləri və s. dərnəklərində müxtəlif maraqlı əl işləri sərgilənmişdi.
Daha sonra Yapon bağında olduq, Gənclər Mərkəziylə tanış olduq.Sonra bizi Tarixi Diyarşünaslığa apardılar.İsmayıllının qədim keçmişinə,tarixinə aid maddi nümunələr haqqında danışıldı.
Və Cənnət bulağına gəldik..Sözün əsl mənasında Cənnətə gəldik…Yerləşəndən sonra təlimçilərimiz Əli Hacızadə və Hikmət Hüseynov bizə blog yazılarının incəliklərini, düzgün informasiyanı necə paylaşmalı, informasiya müharibəsində uğurlu addımların yollarını göstərdilər.
Günün ən maraqlı hissəsi- nahar
Süfrə arxasında WeBlog ailəsi ..:) Fotoqraf Fuad Əsgərovun maraqlı söhbətləri, Tələtin ləzzətli toyuq kababı,Elçinin mənə görə kabab payından keçməsi
, samovar çayı, səmimi gülüşlər, müxtəlif oyunlar…meşəyə gəzinti və James Bluntın “Good bye my lover” sədaları altında geri qayıtma….
Heç qayıtmaq istəmirdim…Hep günlərim belə keçsəydi…WeBlog lahiyyəsinin açıq hava altında keçirilən seminar məndə həm İsmayıllını görmək şansı,tarixi keçmişimizə aid muzeyləri gəzərkən bir anlıq məni o dövrə qaytarmaq, Azərbaycanımın necə füsunkar və əsrarəngiz olduğuna bir daha əmin olmaq, lahiyyə iştirakçılarla sıx şəbəkə yaratmağıma səbəb oldu. Bu lahiyyədə iştirak etdiyim üçün özümü çox şanslı hesab edirəm…!
P.S İsmayıllıda açıq hava altında keçirilən seminara görə İrəli İB in İT mərkəzinə təşəkkürmü bildirmək #İSTƏYİRƏM…!
This slideshow requires JavaScript.


